Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev 2025-2026-cı tədris ilində uğur qazanmış şagirdlər ilə görüşüb

04 iyun 2026 | 17:30
Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev 2025-2026-cı tədris ilində Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə üzrə qalibi olmuş Alnabat kənd tam orta ümumtəhsil məktəbinin 11-ci sinif şagirdi Günəş Miriyeva və Respublika Fənn Olimpiadalarında Azərbaycan dili və Ədəbiyyat fənni üzrə bürünc medal qazanmış Gədəbəy şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi Bağdad Səfərli ilə görüşüb.
 
Görüş zamanı Natiq Nağıyev şagirdləri qazandıqları uğurlar münasibətilə təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb, onları Fəxri Fərman və hədiyyələrlə təltif edib.
Keçidlər