Növbəti səyyar qəbul Gədəbəy rayonunun Çanaqçı kəndində keçirilib
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev vətəndaşların təkliflərini, müraciətlərini və mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə may ayının 25-də Çanaqçı kəndində səyyar qəbul keçirib.
Qəbulda RİH-nin məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Natiq Nağıyev əvvəlcə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Gədəbəy rayonunda görülən işlər barədə sakinlərə məlumat verib. Bildirib ki, bütün bu tədbirlər əhalinin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər bundan sonra da davamlı olacaqdır.
Daha sonra sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənilib.
Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.