Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qurtuluş Günü münasibətilə Gədəbəy Rayon İcra Hakimiyyətinin, Təhsil sektorunun və Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited şirkətinin birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Təbiəti qoruyanlardan olaq" mövzusunda tədbir təşkil edilib.

12 iyun 2024 | 17:39

RİH başçısı Orxan Mürsəlov Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri haqqında danışıb, xalqımızın onun əziz xatirəsini həmişə uca tutduğunu və yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd etdiyini vurğulayıb.
Daha sonra şagirdlərin hazırladığı sərgiyə baxış keçirilib, onların ifalarında musiqilər dinlənilib.
Tədbirin sonunda "təbiəti qoruyanlardan olaq" inşa müsabiqəsinin və "məişət tullantılarının idarə edilməsi" üzrə təkliflərin qalibləri olan şagirdlər hədiyyələrlə təltif edilib.
Keçidlər