“Konstitusiya və Suverenlik İli” çərçivəsində Gədəbəy Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə “Suveren dövlət, vətənpərvər gənclik” devizi altında həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsinin açılışı olub
16 sentyabr 2025 | 13:33
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Gədəbəy Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə “Suveren dövlət, vətənpərvər gənclik” devizi altında həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsinin açılışı olub.
Sentyabrın 15-dən 19-dək icra ediləcək layihənin məqsədi cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasətdə həyata keçirilən tədbirlərin, suverenliyimizin bərpasının və müstəqilliyimizin mahiyyətini gənc nəsil arasında təbliğ etmək, həmçinin gənclərin milli vətənpərvərlik və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə olunmasına töhfə vermək, eyni zamanda, dövlət gənclər siyasəti çərçivəsində təqdim edilən imkanların və həyata keçirilən təşəbbüslərin gənclər üçün əlçatanlığını təmin etməkdir.






