“Konstitusiya və Suverenlik İli” çərçivəsində Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib
04 aprel 2025 | 13:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində müəyyən edilmiş tədbirlər planına uyğun olaraq Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.