Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

27 avqust 2026 | 15:58
Gədəbəydə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev, Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdir müavini Anar Məcidov, Gədəbəy rayonu üzrə təhsil sektorunun əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri və təhsil işçiləri iştirak ediblər.
 
Tədbirdə çıxış edən Natiq Nağıyev son illərdə təhsil sahəsində həyata keçirilən islahatlardan, təhsil infrastrukturunun inkişafı və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb, təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb.
 
Konfrans zamanı 2025–2026-cı tədris ilində əldə edilmiş nəticələr təhlil edilib, təhsil sahəsində qarşıda duran vəzifələr və yeni tədris ilində görüləcək işlər müzakirə olunub
Keçidlər