Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə səyyar qəbullar davam etdirilir.

08 iyun 2022 | 17:44

Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Gədəbəy Rayon İcra Hakimiyyəti rəhbərliyinin gündəlik fəaliyyətinin əsasını təşkil edir.

Yerlərdə vətəndaşların mövcud problemlərini öyrənib həllini sürətləndirmək məqsədilə RİH başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyevin növbəti səyyar qəbulu rayonun Pərizamanlı kəndində keçirilib.

Qəbulda RİH-nin məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Kənd sakinləri ilə növbəti görüşü giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev belə görüşlərin ölkə Başçısı cənab İlham Əliyevin tapşırığı ilə rayonda mütəmadi olaraq keçirildiyini, vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqların daim diqqət mərkəzində saxlanıldığını qeyd etmiş və digər sosial məsələlərdən danışaraq, kənd sakinlərinə ətraflı məlumat vermişdir. Bununla yanaşı, görüşdə qarşıda duran vəzifələrdən bəhs edilib, rayonda görülən işlər barədə söhbət açılıb, kənd ərazisində həlli vacib olan bir sıra məsələlələrə toxunulmuşdur.

Yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını qeyd edən sakinlər əvvəlcə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Daha sonra sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənilib.

Qəbulda qaldırılan müraciətlər dinlənilərək sakinlərə müvafiq izahatlar verilib, bəzi müraciətlər yerindəcə həll edilib, bəzilərinin həlli ilə əlaqədar idarə və təşkilatların rəhbərlərinə tapşırıqlar verilib, icrası nəzarətə götürülmüşdür.

 

Keçidlər