Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə RİH başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev və aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri Çalburun kədində oldular.

23 iyun 2022 | 15:50

Gədəbəydə RİH başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev, aidiyyəti xidmət sahələrinin rəhbərləri və Gədəbəy rayon Fövqəladə Hallar Komissiyasının üzvləri ilə birgə rayonun güclü leysan yağışları nəticəsində yaranmış seldən fərdi yaşayış evlərinə, təsərrüfatlarına və asfalt örtüyünə ziyan dəymiş Çalburun kəndində oldular.

Seldən zərər çəkmiş fərdi yaşayış evlərinə baxış keçirildi, vətəndaşların problemləri ilə maraqlanıldı, fəsadların aradan qaldırılması ilə bağlı başlanılan işlərin operativ yekunlaşdırılması məqsədi ilə müzakirələr aparıldı, aidiyyəti üzrə məsul şəxslərə tapşırıq və tövsiyyələr verildi.

 

 
Keçidlər