Gədəbəydə növbəti səyyar qəbul keçirilib
Yerlərdə vətəndaşların mövcud problemlərini öyrənib həllini sürətləndirmək məqsədilə RİH başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyevin növbəti səyyar qəbulu rayonun Şahdağ kəndində keçirilib.
Qəbulda RİH-nin məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Natiq Nağıyev son illər ölkəmizdə o cümlədən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Gədəbəydə aparılan abadlıq və quruculuq işləri haqqında kənd sakinlərinə məlumat verib.
Daha sonra sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənilib.
Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.