Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti işçilərinin peşə bayramı günü qeyd olunub

13 fevral 2025 | 15:43
Gədəbəy Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti işçilərinin peşə bayramı günü Rayon İcra Hakimiyyətinin başçısı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin əməkdaşları və rayonun hüquq mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə qeyd olunub.
 
RİH başçısı peşə bayramı münasibətilə kollektivi təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Rəhimov Samir Polad oğlunu Fəxri Fərmanla təltif edib.
Keçidlər