Gədəbəydə Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə gəldiyi gün 15 iyun - Milli Qurtuluş Günü qeyd olunub
12 iyun 2026 | 17:39
Gədəbəydə Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə gəldiyi gün 15 iyun - Milli Qurtuluş Günü qeyd olunub
Tədbirdə Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev, YAP Gədəbəy rayon təşkilatının sədri, idarə, müəssisə və təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Natiq Nağıyev qeyd edib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində dönüş nöqtəsi olmaqla ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasında və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində mühüm rol oynayıb. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan ağır sınaqlardan uğurla çıxaraq sabitlik, tərəqqi və inkişaf yoluna qədəm qoyub. Bu gün isə həmin siyasi xətt cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, ölkəmizin beynəlxalq nüfuzu və gücü daha da artır






