Gədəbəydə 8 noyabr - Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib
08 noyabr 2024 | 17:07
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsi 44 gün davam etmiş və noyabrın 8-də Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhərinin işğaldan azad olunması ilə yekunlaşmışdır.
Azərbaycanın mədəniyyət paytaxtının azad olunduğu 8 noyabr tarixi cənab Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncam ilə Zəfər Günü kimi qeyd olunmaqdadır.
Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən Zəfər Günü münasibətilə Gədəbəy rayonunda yürüş və bayram konserti təşkil edilib. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov bayram münasibətilə sakinlərimizi səmimi qəlbdən təbrik edib, əzmli və iradəli xalqımıza yaraşan qələbələrin daim və davamlı olmasını arzulayıb.
Uca Tanrıdan şəhidlərimizə rəhmət, onların ailələrinə güc və səbr diləyirik!
Zəfərimiz mübarək!