Gədəbəydə 13 Fevral – Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti işçilərinin peşə bayramı günü qeyd olunub
13 fevral 2026 | 14:58
13 Fevral – Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti işçilərinin peşə bayramı günü münasibətilə Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin əməkdaşları və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad olunub.
Peşə bayramı münasibətilə kollektiv təbrik edilib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin Səfəbərlik hazırlığı və səfəbərlik bölməsinin zabiti gizir Məmmədov Kamil Arif oğlu Fəxri Fərmanla təltif edilib.






