Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda Ağsaqqallar Şurasının iclası keçirilib.

14 iyun 2022 | 16:40

14 iyun 2022-ci il tarixdə Gədəbəy Rayon Heydər Əliyev Mərkəzində Rayon Ağsaqqallar Şurasının bir illik hesabat yığıncağı keçirilmişdir.

Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini önünə gül-çiçək dəstələri qoyaraq xatirəsinə ehtiramlarını bildirmişlər. Tədbirdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini icra edən cənab Natiq Nağıyev, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, Rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov və ağsaqqallar iştirak etmişdir.

Tədbiri giriş sözü ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini icra edən cənab Natiq Nağıyev açaraq, tədbir iştirakçılarını salamlamış, 15 iyun Milli Qurtuluş günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etmişdir. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra Rayon ağsaqqallar Şurasının sədri Kərəm Məmmədovun 1 illik hesabat məruzəsi dinlənilmişdir. Məruzə ətrafında çıxış edən rayon ağsaqqalları 1 il ərzində görülmüş iləri təqdirəlayiq hesab edildiyini bildirdilər.

Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov çıxış edərək rayon rəhbərliyinə göstərilən qonaqpərvərliyə və diqqətə görə minnətdarlığını bildirdi. Ölkə rəhbərliyi tərəfindən ağsaqqallara göstərilən diqqət və qayğı barədə tədbir iştirakçılarını məlumatlandırdı. Rayon Ağsaqqallar Şurasının bir illik hesabatını qənaətbəxş qiymətləndirməklə gələcək fəaliyyətlərində uğurlar arzu etdi.

Keçidlər