Gədəbəy rayonunda 2024-cü ilin sosial-iqtisadi inkişafın yekunları və 2025-ci ildə qarşıda duran vəzifələr barədə geniş tərkibli iclas keçirilib
28 aprel 2025 | 18:28
Gədəbəy rayonunda 2024-cü ilin sosial-iqtisadi inkişafın yekunları və 2025-ci ildə qarşıda duran vəzifələr barədə geniş tərkibli iclas keçirilib.
İclasda ötən dövr ərzində rayonda infrastrukturun yenilənməsi, aparılmış abadlıq quruculuq işləri, əkinçilik və heyvandarlıq sahəsində mövcud vəziyyət, qanunsuz tikintilərlə mübarizə, vətəndaş müraciətlərinə baxılması ilə bağlı məsələlər müzakirə edilib.
2025-ci ildə rayonda sosial-iqtisadi inkişafın davamlılığının təmin edilməsi, yeni investisiyaların cəlb edilməsi üçün biznes və investisiya mühitinin daha da təşviq edilməsi, əhalinin məşğulluğunun təmin edilməsi və gəlirlərinin artırılması, daimi iş yerlərinin yaradılması istiqamətində tədbirlərin davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.