Gədəbəy Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda tədbir keçirilib
Gədəbəy Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda tədbir keçirilib. Tədbirdə açılış nitqi ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev belə tədbirlərin gənclərdə vətənpərvərlik hissinin təbliğinə müsbət təsir göstərdiyini qeyd edib.
Tədbirdə çıxış edən Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov və Gədəbəy rayon şöbəsinin rəisi polkovnik Rahim Rəsulov gənclərə vətənpərvərlik hissi, qalib ölkənin əsgəri olmağın üstünlükləri, sağlam həyat, təhsil möhləti, qanunvericilik və digər mühüm məsələlər barədə ətraflı məlumat veriblər.
Tədbirdə iştirak edən şəhid atası, Vətən müharibəsi iştirakçısı və digər qonaqlar da çıxış edərək öz təəssüratlarını bölüşüblər.






