Gədəbəy Rayon İcra Hakimiyyətinin və Gədəbəy rayon üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə Gədəbəy Peşə Liseyində “15 May-Beynəlxalq Ailə Günü və milli-mənəvi dəyərlərimizi qoruyaq” mövzusunda tədbir keçirilib
15 may 2025 | 17:18
Gədəbəy Rayon İcra Hakimiyyətinin və Gədəbəy rayon üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə Gədəbəy Peşə Liseyində “15 May-Beynəlxalq Ailə Günü və milli-mənəvi dəyərlərimizi qoruyaq” mövzusunda tədbir keçirilib.
Tədbirdə ailə və milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, övlad-valideyn münasibətlərinin tənzimlənməsi, sağlam həyat tərzinin təbliği, ailə planlaşdırılması, reproduktiv sağlamlıq və digər mövzularla bağlı çıxışlar edilib.