Gədəbəy Rayon İcra Hakimiyyətinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib
24 oktyabr 2024 | 17:42
Gədəbəy Rayon İcra Hakimiyyətinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Doğulacaq uşağın cinsinin seçilməsi ilə mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə reproduktiv sağlamlığın əsas amilləri, gender bərabərliyi, erkən nikahın və məişət zorakılığının sağlamlığa mənfi təsirləri, ailədaxili münasibətlər, hamiləliyin süni yolla pozulmasının fəsadları barədə profilaktiki məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.