Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Uşaq Hüquqları Aylığı” çərçivəsində uşaq hüquqlarının müdafiəsi mövzusunda maarifləndirici tədbir keçirilib
13 noyabr 2026 | 16:52
Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Uşaq Hüquqları Aylığı” çərçivəsində İ.Əliyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində uşaq hüquqlarının müdafiəsi mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə uşaq hüquqlarının müdafiəsi, zərərli informasiya və zərərli vərdişlərə qarşı mübarizə, hüquqpozma və bu kimi halların qarşısının alınması, ailənin və nikahın əhəmiyyəti, onun qorunması, möhkəmləndirilməsi məqsədilə erkən evlilik və qohumlar arasında evliliyin mənfi nəticələri barədə çıxışlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






