Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində uşaq hüquqlarının müdafiəsi istiqamətində tədbir keçirilib

12 mart 2025 | 18:00
Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gədəbəy Rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində rayonun hüquq muhafizə orqanlarının, Gədəbəy rayonu üzrə Təhsil sektorunun, Gədəbəy rayonu üzrə Gənclər və İdman sektorunun, Gədəbəy Peşə Liseyinin əməkdaşlarının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Gədəbəy rayonu üzrə səlahiyyətli nümayəndəsinin iştirakı ilə uşaq hüquqlarının müdafiəsi istiqamətində tədbir keçirilib.
 
Tədbirdə gənclər arasında erkən nikaha, qohumlar arasında nikaha, zorakılığa, dini radikalizmə, narkomaniyaya qarşı mübarizə və gənclərin səmərəli fəaliyyətinin təşkili müzakirə edilib.
Keçidlər