Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dövlət Suverenliyi Günü münasibətilə tədbir təşkil edilib

19 sentyabr 2025 | 16:14
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli mövqeyi və cəsarəti, əsgər və zabitlərimizin qəhrəmanlığı və şəhidlərimizin qanı hesabına 2020-ci il sentyabrın 27-dən başlamış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Cənab Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamı ilə xalqımızın milli sərvəti hesab edilən suverenliyimizin əbədiləşdirilməsi məqsədilə 20 sentyabr tarixi Dövlət Suverenliyi Günü kimi qeyd olunur.
 
Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dövlət Suverenliyi Günü münasibətilə tədbir təşkil edilib. Rayon İcra Hakimiyyətinin başçısı milli birliyimizin təntənəsinə çevirilən bu tarixi gün münasibətilə tədbir iştirakçılarını təbrik edib, müstəqil və suveren dövlətimizin inkişafı naminə hər kəsə uğurlar arzulayıb.
 
Uca Tanrıdan şəhidlərimizə rəhmət, onların ailələrinə güc və səbr diləyirik!
Keçidlər