Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov 05 aprel 2024-cü il tarixində Qoşabulaq kənd 1 nömrəli tam orta məktəbində 9-cu sinif şagirdlərinin coğrafiya dərsində iştirak edib, onların dünya görüşü ilə bağlı söhbət aparıb

24 aprel 2024 | 17:53
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov 05 aprel 2024-cü il tarixində Qoşabulaq kənd 1 nömrəli tam orta məktəbində 9-cu sinif şagirdlərinin coğrafiya dərsində iştirak edib, onların dünya görüşü ilə bağlı söhbət aparıb.
Şagirdlərdən İsmayılzadə Ömər Asif oğlunun coğrafi bilikləri, ələlxüsus da Yaponiyaya olan böyük marağı nəzərə alınaraq o, RİH başçısı tərəfindən Rayon İcra Hakimiyyətinə dəvət edilib.
RİH başçısı görüşdə Ö.İsmayılzadənin gələcək həyatı, işi və maraqları ilə bağlı səmimi söhbət edib, arzularının reallığa çevrilməsində əzmlə çalışması üçün ona tövsiyələr verib və gələcək həyatında uğurlar arzulayıb.
RİH-in müraciətinə əsasən Yaponiyanın Azərbaycandakı Səfirliyi tərəfindən göndərilmiş hədiyyələr Ö.İsmayılzadəyə təqdim edilib.
Keçidlər