Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Gədəbəy Rayon Mədəniyyət Mərkəzini və Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edib
24 noyabr 2026 | 15:19
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Gədəbəy Rayon Mədəniyyət Mərkəzini və Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edib.
Tanışlıq zamanı RİH başçısı mərkəzdə yaradılmış iş şəraiti ilə yaxından maraqlanıb, daha sonra Tarix-Diyarşünaslıq Muzeyində nümayiş etdirilən rayonun tarixi irsini əks etdirən qədim və müasir dövrə aid eksponatlar ilə tanış olub.






