Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən mübarək Ramazan ayında şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri üçün iftar süfrəsi təşkil edilib
15 mart 2025 | 12:32
Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən ilahi hikmətlər xəzinəsi “Qurani-Kərim”in nazil edildiyi və bütün duaların qəbul olunduğu mübarək Ramazan ayında şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri üçün iftar süfrəsi təşkil edilib.
İftar süfrəsində ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış vətən oğullarımızın əziz xatirəsi üçün xalqımızın, dövlətçiliyimizin firavanlığı və əminamanlığı naminə dualar oxunub.
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə qonaqlara səmimi təbriklərini və xoş arzularını çatdırıb.
Əziz sakinlərimiz qarşıdan gələn Ramazan bayramı münasibətilə hər birinizi təbrik edir, süfrələrinizə bol ruzi-bərəkət arzulayırıq.
Allah tutduğunuz orucu qəbul etsin!
Bayramınız mübarək olsun.