Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının dəstəyi ilə #Gədəbəy şəhərində əmək yarmarkası keçiriləcək.

12 iyul 2023 | 10:27

Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının dəstəyi ilə #Gədəbəy şəhərində əmək yarmarkası keçiriləcək.

Gədəbəy şəhərində keçirilən tədbirdə isə 11 müəssisə tərəfindən 130 vakansiyanın əmək yarmarkasına çıxarılması nəzərdə tutulub.

➡ Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

➡ Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (www.cvyarat.az) yararlana bilərsiniz. Bu platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, qısa müddətdə CV-nizi PDF formatında əldə etmək mümkündür.

➡ Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.

🔗 Ünvan və tarix:

📍 Gədəbəy şəhəri, H.Əliyev prospekti 1 (Heydər Əliyev Mərkəzi)

🗒 14 iyul, 2023

⏰ 11:00

Keçidlər