Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 8 dekabr tarixli müvafiq Sərəncamına əsasən Gədəbəy rayonunda ümumilikdə 17 min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən Kiçik Qaramurad- Cəfərli-Əyrivəng-Alnabat-Kərimli-İnəkboğan-Göyəmli-Şınıx-Göyəlli-Çobankənd-Şahdağ-Çiçəkli avtomobil yolunun əsaslı təmir işlərinə başlanılıb

25 aprel 2024 | 17:44
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 8 dekabr tarixli müvafiq Sərəncamına əsasən Gədəbəy rayonunda ümumilikdə 17 min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən Kiçik Qaramurad- Cəfərli-Əyrivəng-Alnabat-Kərimli-İnəkboğan-Göyəmli-Şınıx-Göyəlli-Çobankənd-Şahdağ-Çiçəkli avtomobil yolunun əsaslı təmir işlərinə başlanılıb.
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov təmir işləri ilə yerində tanış olub, kənd sakinləri ilə görüşüb. Sakinlər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarının cənab Prezident İlham Əliyevə çatdırılmasını xahiş ediblər.
Keçidlər