Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zati-aliləri Ralf Horlemann 24 iyul 2024-cü il tarixində tanışlıq məqsədilə Gədəbəy rayonuna səfər edib, Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovla görüşüb
24 iyul 2024 | 17:25
Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zati-aliləri Ralf Horlemann 24 iyul 2024-cü il tarixində tanışlıq məqsədilə Gədəbəy rayonuna səfər edib, Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovla görüşüb.
RİH başçısı cənab Səfiri rayonun tarixi, iqtisadiyyatı, alman irsi, ələlxüsus da Simens qardaşlarının Gədəbəydəki fəaliyyəti barədə məlumatlandırıb və alman memarlığının nümunələri olan XIX əsrin əvvəllərinə aid tarixi-memarlıq abidələri ilə tanış edib.
Səfir səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib, qarşılıqlı əlaqələrin inkişafı üçün böyük imkanların olduğunu nəzərə alaraq bu istiqamətdə işlərin görülməsinin əhəmiyyətini vurğulayıb.