Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə 2020-2021-ci tədris ilində rayonun ümumtəhsil məktəblərindən Ali məktəblərə qəbul imtahanı zamanı yüksək nəticələr əldə etmiş tələbələrlə görüş keçirilib.

26 avqust 2021 | 16:00

Avqustun 26-da Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı aparatında 2020-2021-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında rayon üzrə 600-dən yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüş keçirilib.
Görüşdə iştirak edən Gədəbəy  rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev tələbə adını qazanan bütün məzunları təbrik edərək onlara milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı gənclər olaraq ölkəmizin sosial-iqtisadi və mədəni həyatında aktiv iştirak etməyi arzulayıb, həmçinin təhsilin inkişafına göstərilən dövlət qayğısından və  bu sahədə əldə edilən uğurlardan danışaraq qeyd edib ki, təhsilin inkişafı ölkəmizdə daim diqqət mərkəzində saxlanılır. Tədris müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, yeni məktəb binaları inşa edilir, mövcud məktəb binaları təmir olunur və ya yenidən qurulur. Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın respublikamızda təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün ümumtəhsil məktəblərini bitirən məzunlarımız buraxılış imtahanlarında yüksək nəticələr əldə edirlər.
Eyni zamanda görüşdə qeyd olunub ki, Bu il abituriyentlərdən 13 nəfəri 600-dən, 33 nəfəri isə 500-dən yüksək bal toplayıblar.Ən yüksək nəticəni  isə 664 balla Nərimankənd kənd tam orta məktəbinin məzunu Hacıyeva Sevin göstərib.
Bu ilki tədris ilində rayon üzrə 11-ci sinfi bitirən 695 məzundan 395-i ali məktəblərə sənəd verib, 281 nəfəri qəbul üçün müsabiqə şərtlərini ödəyib.
Görüşdə yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlar çıxış edərək bundan sonra da daha fəal çalışaraq yüksək biliklər qazanacaqlarını və Azərbaycanımızın adını daima zirvələrə daşıyacaqlarını bildiriblər.
Tədbirin sonunda ali məktəblərə qəbul olan tələbələrə fəxri fərmanlar  və hədiyyələr təqdim olunaraq xatirə şəkli çəkdirilib.

 

Keçidlər