Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə taxıl biçini davam edir

12 avqust 2021 | 16:00

2021-ci il üzrə Gədəbəy rayon ərazisində  ümumi 2983.7 hektar taxıl əkilib. Bundan 2731.7 hektar sahəyə buğda və 252 hektar sahəyə arpa bitkisi əkilmişdir. Rayon ərazisində arpa biçini başa çatmış və 252 hektar sahədən 479 ton məhsul əldə olunmuşdur. Arpa üzrə məhsuldarlıq hektara 19 senter olmuşdur. Buğda üzrə biçin davam edir hal-hazırda 2727 hektar sahə biçilmişdir və 7538 ton məhsul əldə olunmuşdur. Buğda üzrə məhsuldarlıq hektara 27.6 sentner olmuşdur. Cəmi rayon üzrə 8017 ton taxıl məhsulu əldə olunmuş və orta məhsuldarlıq hektara 26.9 sentner olmuşdur.

Keçidlər