15 may “Beynəlxalq Ailə Günüdür”.
15 may “Beynəlxalq Ailə Günüdür”. Bu münasibətlə Gədəbəy rayonu İcra Hakimiyyəti başçısı aparatında dəyirmi masa keçirildi. Gədəbəy RİH başçısının müavini Vüsal Musayev çıxış edərək qeyd etdi ki, həyat, dünya, özü haqqındakı bütün gözəl düşüncələri ailə quruculuğunda gerçəkliyini tapır. Güclü və möhkəm ailə millətin, dövlətçiliyin təsdiqi və bazasıdır. Ailə hər şeydən əvvəl millətin özünütəsdiqinin başlanğıcı hesab edilə bilər. Azərbaycanda ailəçiliyin qədim ənənələri mövcuddur. Tarixən ölkəmizdə ailə ənənələri hədsiz möhkəm, davamlı olub. Zaman dəyişib, ancaq həmin ənənələr bu gün də demək olar, dəyişməz olaraq qalır.Daha sonra Rayon ağsaqqalı İkram Məmmədov, Təhsil şöbəsinin müdiri Baxış Nağıyev, Ağsaqqallar şurasının sədri Kərəm Məmmədov və digərləri çıxış edərək, gənc ailələrə öz dəyərli tövsiyyələrini verdilər. Tədbirin sonunda yeni ailə qurmuş və ailə qurmağa hazırlaşan gənc cütlüklərə gül dəstələri təqdim edildi.