Gədəbəy rayonunun Şəkərbəy kəndində yenidən qurulan həkim məntəqəsinin açılışı olmuşdur.
30 iyul 2021-ci il tarixində Gədəbəy rayonunun Şəkərbəy kəndində yenidən qurulan həkim məntəqəsinin açılışı olmuşdur.
Açılış mərasimində rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev, aparatın məsul işçiləri, Gədəbəy MRX-nin baş həkimi və həkim məntəqəsinin tibb işçiləri iştirak etmişlər.
İbrahim Mustafayev çıxış edərək son ildə rayonda həyata keçirilən geniş infrastruktur layihələrindən, xüsusən də səhiyyə xidmətinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb.
Bildirilib ki, rayonun sakinlərinə göstərilən tibbi xidmətin müasir tələblər səviyyəsində təşkili məqsədilə bir sıra işlər görülmüşdür ki, yenidən qurulan Şəkərbəy kənd həkim məntəqəsi də sakinlərə göstərilən tibbi xidmətin keyfiyyətini yüksəltmək məqsədi daşıyır..
Həkim məntəqəsi Şəkərbəy kəndində yaşayan, 500 nəfərə yaxın sakinə tibbi xidmət göstərəcək.