Gədəbəy rayonunda Qədim Yurd Yerimiz Gədəbəy filminin təqdimatı keçirilmişdir.
29 iyun 2021 | 16:00
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Daş yaddaşımız, tarixi abidələrimiz layihəsi çərçivəsində Qədim Yurd Yerimiz Gədəbəy filminin təqdimatı oldu. Tədbir 29 iyun 2021 saat 11.00-da Gədəbəydə Heydər Əliyev Mərkəzində baş tutdu. Tədbirdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, Millət vəkili Sevinc Hüseynova, Gədəbəy rayon ziyalıları və fəal gəncləri iştirak edirdilər.
Film qədim yaşayış məskəni olan Gədəbəyin tarixi abidələri, həmçinin məhşir Simens qardaşları sayəsində Qafqazda ilk sənaye mərkəzi olmaqla fərqli tarixi barədə məlumatları özündə əks elətdirir.
Film gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi üçün böyük töfhə verəcək