Iyunun 21-də Gədəbəy rayonunda Aqrar sahədə qadınların iqtisadi güclərinin artırılması" (ASQİGA) layihəsi çərçivəsində layihə benefesiarları ilə görüş keçirilmişdir.
Iyunun 21-də Gədəbəy rayonunda Aqrar sahədə qadınların iqtisadi güclərinin artırılması" (ASQİGA) layihəsi çərçivəsində layihə benefesiarları ilə görüş keçirilmişdir.
Kənd Təsərrüfatı Nazirliyinin beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirdiyi layihə FAO və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən icra olunur.
Görüşün məqsədi benefisiarların layihə çərçivəsində göstərilən dəstəkdən necə yararlandıqlarını və daha hansı tekniki dəstəklərə ehtiyaclarının olmasını müzakirə etmək və qadın fermerlərin təkliflərini dinləyib onlara gələcək dəstəyin müəyyən olunmasıdır.
Görüşdə Gədəbəy rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev, Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədr müavini Leyla Məmmədova, AKİA Beynəlxalq təşkilatlar və maliyyə qurumları ilə əməkdaşlıq sektorunun müdiri Teymur Nağıbəyli, FAO- Azərbaycan Tərəfdaşlıq Proqramının rəhbəri Namiq Məmmədov, layihənin rəhbəri Flora Poladova iştirak etmişlər.
Qeyd edək ki, ASQİGA layihəsi Azərbaycanın 12 rayonunda (Qazax, Ağstafa, Tovuz, Ağdam, Tərtər, Gədəbəy, Şamaxı, İsmayıllı, Şəki, Qax, Zaqatala, Balakən) həyata keçirilir və hazırda 250-yə yaxın benefisiar bu layihədən yararlanır. Layihənin əsas məqsədi kənd qadınlarına innovativ texnologiyalar və bazara çıxış sahələrində texniki bilik və bacarıqlarını artırmaqda dəstək vermək, eyni zamanda iqtisadi imkanlara bərabər çıxışı əldə etmək, həmçinin kiçik təsərrüfat sahələrini inkişaf etdirərək ərzaq təhlükəsizliyini yaxşılaşdırmaqdır.