Gədəbəy rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə bayram tədbiri keçirildi.
Gədəbəy rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə bayram tədbiri keçirildi. Tədbiri giriş sözü ilə RİH başçısı Ramiz Yediyarov açaraq müasir Azərbaycanın banisi Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü mühüm işlərdən geniş bəhs edib, bu dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndiril¬məsində, iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən danışdı.
Qeyd edilib ki, tarixin sınağından böyük uğurla çıxmış Heydər Əliyev strategiyasının bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin gələcək sosial-iqtisadi inkişafına ən möhkəm zəmanətdir.
Tədbir çərçivəsində, həmçinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı film nümayiş olundu. Sonra Ulu öndərin anadan olmasının 91 illiyinə həsr olunan konsert proqramına başlanılması ilə davam etdirildi.
Tədbirdən sonra RİH başçısının və hüquq mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə rayon mərkəzində müasir tələblərə cavab verən Uşaq Yaradıcılıq Mərkəzinin və 480 şagird yerlik Arıqdam kənd tam orta məktəbinin açılış mərasimləri keçirilmişdir.