Gədəbəy rayonunda faşizm üzərində qələbənin 69 illiyinə həsr olunmuş tədbir keçirilib.
Bu gün Gədəbəy rayonunda faşizm üzərində qələbənin 69 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə RİH başısı Ramiz Yediyarov, hüquq mühafizə orqanlarının rəhbərləri və müharibə iştirakçıları iştirak edirdilər.
İlk olaraq Sovet İttifaqı Qəhrəmanı Mehdi Quliyevin, Milli Qəhərəman İlham Əliyevin və Məzahir Rüstəmovün büstü önünə güllər düzülmüşdür. Tədbirdə RİH başçısı böyük Vətən Müharibəsinin iştirakçılarını təbrik etdi, onlara dərin ehtiramını bildirdi. Həmvətənlərimizin vətəni, ölkəni qorumaqla yanaşı, insani və mənəvi dəyərlərə zidd olan və irqi-ayrıseçkiliyi tərənnüm edən bir sistemin dünyanı işğal etməsinin qarşısının alınmasında fəal iştirak etdiklərini diqqətə çatdıraraq, onların həm vətəndaşlıq, həm də insanlıq borclarını layiqincə yerinə yetirdiklərini vurğuladı. Sonra müharibə iştirakçılarının çıxışları dinlənildi. Daha sonra müharibə iştirakçılarına nahar süfrəsi təşkil olundu.