Gədəbəy rayonunda vaksinasiya prosesi uğurla davam etdirilir.
03 iyun 2021 | 16:00
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Gədəbəy rayonunda vaksinasiya prosesi davam etdirilir. Strategiyanın əsas məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
Bu günədək Gədəbəy rayonu üzrə ümumilikdə 29997 doza COVİD-19 infeksiyasına qarşı vaksin vurulub ki, bununda 17341-i birinci doza, 12656-sı isə ikinci dozadır.