Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə 28 May Respublika gününə həsr olunmuş Tibbi səyyar müayinə aksiyası keçirilmişdir.

30 may 2021 | 16:00

Fransanın aparıcı Əczaçılıq SERVIER Şirkəti, Bakı Sağlamlıq Mərkəzi və Gədəbəy Rayon İcra hakimiyyətinin birgə təşkilatçılğı ilə Gədəbəy rayonun Qoşqar Əhmədli adına 1 saylı kənd tam orta məktəbində 28 May Respublika gününə həsr edilmiş 28-30 may tarixlərində Tibbi səyyar müayinə aksiyası keçirilmişdir.
Aksiyada rayonda olan Vətən müharibəsində iştirak edərək Şəhid olmuş hərbi qulluqçuların ailələrinə, qazilərə və onların ailələrinə, eyni zamanda tibbi xidmətə ehtiyacı olan rayon sakinlərinə təmannasız xidmət göstərlərək, müainə edilmişdir. Yüksək ixtisaslı, tibbi avadanlıqlarla təchiz olunan klinikanın kardioloq, terapevt, pediatr, umumi cərrah, USM həkimləri ilik gün ərzində 200 nəfərin müayinəsini aparmış, müalicələr təyin etmiş, məsləhətlər vermişlər. Rayon sakinləri akisiyanın təşkilatçılarına, hər zaman əhalinin sağlamlığının qayğısına qalan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər