Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev İƏD üzrə nümayəndələri ilə növbəti videokonfrans keçirib.
Konfransda çıxış edən RİH başçısı qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə pandemiya ilə mübarizə sahəsində həyata keçirilən işlərə hər birimiz dəstək olmalı, verilən tapşırıq və tövsiyələrdən nəticə çıxarmalı, ən əsası da ümumrespublika işində hər kəs səfərbər olmalıdır.
Daha sonra konfransda ərazilərin təmizliyinin daim diqqət mərkəzində saxlanılması, karantin tələblərinə əməl edilməsi, yas və toy mərasimlərinin keçirilməsinin qarşısının alınması, vətəndaşların əmlaklarının və əkin sahələrinin sığortalanması ilə bağlı marifləndirmə işinin təşkili və digər məsələlər müzakirə olunub.
Eyni zamanda rayon rəhbəri vətəndaşlar ilə yaxından və düzgün iş qurmaq, onların qayğıları və tələbləri ilə daha ciddi maraqlanmaq, vaxtında tədbirlər görmək barədə göstərişlər verib.