“Gədəbəy Rayonunun Şəhidləri” kitabının onlayn təqdimatı keçirilmişdir.
20 may 2021-ci il tarixində Gədəbəy Rayon İcra Hakimiyyətinin və “Sağlamlığın Qorunması” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gədəbəy Rayonunun Şəhidləri” kitabının onlayn təqdimatı keçirilmişdir.
Təqdimat mərasimində Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Müstafayev, millət vəkilləri Qənirə Paşayeva, Arzu Nağıyev, Sevinc Hüsynova, Həkim-Oftalmoloq, tibb üzrə fəsəfə doktoru, “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri Yazgül Abdıyeva və elm, mədəniyyət və incəsənət xadimləri də iştirak edirdilər.
Təqdimatda çıxış edən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev “Gədəbəy Rayonunun Şəhidləri” kitabının Şəhidlərimizə əbədi ehtiram əlaməti məqsədilə çap olunduğunu diqqətə çatdırmışdır və bu işdə əməyi keçənlərə öz təşəkkürünü bildirmişdir. Həmçinin RİH başçısı Şəhidlərimizin ailələrinə və qazilərimizə hər cür yardım və dəstək göstərməyi, onların evlərinə gedərək problemləri ilə maraqlanmağı icra nümayəndələrinin vəzifə borcundan əvvəl mənəvi bir borcları olduğunu və bu yönümdə Gədəbəydə işlər aparıldığını və bundan sonra da daim aparılacağını bildirmişdir.
Xatırladaq ki, kitabın müəllifi yazıçı-jurnalist, “Müəllim sözü” qəzetinin baş redaktoru Vahid Aslandır.