Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində iştirak edərək Şəhid olmuş hərbi qulluqçuların ailələri daim diqqət mərkəzindədir

19 may 2021 | 16:00

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev şəhid Məmişov Tural Tələt oğlunun ailə üzvlərini qəbul etmişdir.
Qəbulda Şəhid ailəsinin müraciəti diqqətlə dinlənilmişdir. Şəhid ailələrinə göstərilən dövlət qayğısı, bu istiqamətdə möhtərəm cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən qəbul olunan qərarlar və icrası sahəsində həyata keçirilən tədbirlər barədə onlara ətraflı məlumat verilmişdir. Gədəbəy rayonunda da bütün şəhid ailələrinin sosial qayğılarının həmişə diqqət mərkəzində saxlanıldığı, onları maraqlandıran məsələlərin həlli istiqamətində davamlı tədbirlərin həyata keçirildiyi qeyd olunmuşdur. Şəhid ailəsinin qaldırdığı məsələlər ətrafında araşdırılmaların aparılması  və hüquqi qaydada həll olunması barədə tapşırıqlar verilmişdir.
Qeyd edək ki, Vətən torpaqları tam olsun deyə ölümün gözünə dik baxaraq Şəhidlik zirvəsinə ucalmış Tural Məmişov döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Qubadlının azad olunmasına görə”, "Laçının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", “Vətən uğrunda” və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunmuşdur.

Keçidlər