Şriftin ölçüsü :

Saytın rəngi :

Tələbə Gənclər Təşkilatları İttifaqının “Gəzən kitabxana II” layihəsinə əsasən Gədəbəy rayonunda səyyari kitabxana təşkil edilmişdir.

09 may 2014 | 15:00

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının “Gəzən kitabxana II” layihəsinə əsasən Gədəbəy rayonunda səyyari kitabxana təşkil edilmişdir. Gəzən kitabxana “Ana” Xatirə Abidə Kompleksi qarşısında yerləşdirilib. Layihənin əsas məqsədi bölgələrdə oxucu kütləsini maarifləndirmək, onlara yeni nəşr olunmuş ədəbiyyatımızla, Azərbaycan, eyni zamanda dünya miqyasında tanınmış klassiklərin əsərləri ilə tanış olmağa şərait yaratmaqdır. “Gəzən kitabxana” layihəsi çərçivəsində üstüörtülü, xüsusi yük maşınında səyyar fəaliyyət göstərən kitabxanada 10 minə yaxın kitab və bir o qədər də elektron nəşr vardır. Kitabsevərlərə pulsuz xidmət göstərən kitabxanada oxucuların işini asanlaşdırmaq məqsədilə xüsusi proqramda nəşrlərin elektron kataloqu da yerləşdirmişdir. Səkkiz bölmədə fəaliyyət göstərən kitabxanada üç dildə nəşrlər mövcuddur.

Keçidlər