Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı videoformatda növbəti vətəndaş qəbulu keçirib.

07 may 2021 | 16:00

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın koronavirus pandemiyası ilə bağlı qərarını nəzərə alaraq, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev vətəndaşların videoformatda növbəti qəbulunu keçirib.Fərdi qaydada keçirilən onlayn qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak edib.
Videoqəbul zamanı vətəndaşların müraciətlərini dinləyən rayon rəhbəri onların problemlərinin, təkliflərinin aidiyyatı təşkilatlar üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər verib, eyni zamanda onlayn qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin məsələlərin nəzarətə götürüldüyünü diqqətə çatdırıb.

 

 

Keçidlər