Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda 15 may «Beynəlxalq Ailə Günü» münasibəti ilə tədbir keçirilmişdir.

06 may 2021 | 16:00

06 may 2021-ci il tarixdə Beynəlxalq Ailə günü münasibəti ilə “Milli-mənəvi dəyərlərin, ailə dəyərlərin qorunub saxlanılaraq gənc nəslə aşılanması” mövzusunda rayon ərazisində koronovirus pandemiyası ilə bağlı ölkədə elan edilən karantin rejminin tələblərini nəzərə almaqla tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin Yetkinlik yaşına çatmayanlarla proflaktik işin təşkili qrupunun baş inspektoru, Gənclər və İdman idarəsinin və Gədəbəy Rayon Təhsil Şöbəsinin əməkdaşları iştirak etmişər.
Tədbirində Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Allahverdiyeva çıxış edərək bildirdi ki, 15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Bu tədbir planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər milli mənəvi dəyərlərin qorunmasının vacibliyini hər zaman vurğulamışdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də uğurla həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər.
Tədbirdə çıxış edən digər iştirakçılar bildirdilər ki, Azərbaycanda ailə institutunun sütunları böyüyə hörmət, ailə başçısına sədaqət, qarşılıqlı sevgi və digər dəyərlərə söykənir. Amma dəyişən zaman, müasir inkişaf, qloballaşma, heç şübhəsiz, kiçik dövlət modeli sayıla biləcək Azərbaycan ailələrinə də öz təsirini göstərib. Bir həqiqət vardır ki, bu gün bütün dünyada boşanmaların sayı çoxalmışdır. Bunun əsas səbəblərindən biri də gənc cütlüklərin əsl ailə barədə biliklərinin olmamasıdır. Həmçinin ailələrin dağılmasına səbəb olan amillərin biri də gənc ailələrə kənar müdaxilələrin olmasıdır. Sosial dayağımız olan gənc ailələrin qorunması üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik.

Keçidlər