Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi qaziləri və şəhid ailələri Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı Aparatında diqqət və qayğı ilə qəbul edilir

03 may 2021 | 16:00

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev şəhid Əliyev Bəybala Fazil oğlunun atasını qəbul etmişdir.
Qəbulda RİH başçısı bildirdi ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlıqlarını itirmiş insanlarımız cənab Prezidentin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminatla əhatə olunurlar. Gədəbəy rayonunda da bütün şəhid ailələrinin sosial qayğılarının həmişə diqqət mərkəzində saxlanıldığı, onları maraqlandıran məsələlərin həlli istiqamətində davamlı tədbirlərin həyata keçirildiyi qeyd olunmuşdur.
Sonra qəbulda şəhid atasının müraciəti dinlənilmiş və həlli istiqamətində müvafiq addımlar atılmışdır.
Qeyd edək ki, Vətən müharibədə qəhrəmanlıq göstərən şəhid Bəybala Əliyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə medalı ilə təltif edilmişdir.

Keçidlər