Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonu Mərkəzləşdirilmiş Kitabxana Sistemində Ulu Öndər Heydər Əliyevin 91-ci il dönümünə həsr olunmuş kitab bayramı mövzusunda tədbir keçirilmişdir

07 may 2014 | 15:00

Gədəbəy rayonu Mərkəzləşdirilmiş Kitabxana Sistemində Ulu Öndər Heydər Əliyevin 91-ci il dönümünə həsr olunmuş kitab bayramı mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Azər Abdullayev açaraq Heydər Əliyevin təhsilə, kitaba çox böyük önəm verdiyini söylədi. Sonra MKS-nin avtomatlaşdırma şöbəsinin müdiri Məlahət Kazımova, MKS-nin xidmət şöbəsinin müdiri Şöhrət Osmanov öz çıxışlarında bildirdilər ki, kitab bayramının keçirilməsində məqsədimiz  kitabların və ədəbiyyatımızın  Azərbaycandakı təbliğatını formalaşdırır və oxucuların, əsasən  də gənclərin kitaba marağını artırır, yeni kitablar barədə məlumatlandırırıq. Sonra şəhər 3 saylı ümumi orta məktəbinin 4-cü sinif şagirdlərinin ana dilimiz , Azərbaycan haqqında söylədikləri şeirləri dinlənildi. Daha sonra şagirdlərə hədiyyələr verildi.

Keçidlər