Vətən müharibəsi qaziləri və şəhid ailələri Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı Aparatında diqqət və qayğı ilə qəbul edilir
29 aprel 2021 | 16:00
Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri qayğı Gədəbəydə də hər zaman örnək və nümunə götürülür.
Fəaliyyətə başladığı ilk gündən rayon rəhbərliyi tərəfindən bu təbəqədən olan insanlar daim diqqət mərkəzində saxlanılır.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev bugün şəhid Əliyev Şamxal Əvəz oğlunun atasını qəbul etmişdir.
Qəbulda şəhid atasının müraciəti dinlənilmiş və həlli istiqamətində müvafiq addımlar atılmışdır.