Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı Vətən müharibəsi iştirakçılarını qəbul etmişdir.

29 aprel 2021 | 16:00

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev Vətən müharibəsi iştirakçılarını qəbul etmişdir.
Qəbulda iştirak edən Vətən müharibəsi iştirakçıları şanlı Azərbaycan Ordusu sıralarında keçdikləri döyüş yolundan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharətindən, qətiyyətindən, iradəsindən və əzmindən iftixarla danışmışlar. Vətən Müharibəsində xidmətlərinə görə möhtərəm Prezidentimizin müvafiq sərəncamları ilə müxtəlif medallarla təltif olunduqlarını bildirən döyüşçülər Ordu sıralarında qulluq etməkdən şərəf duyduqlarını, lazım olan anda Vətənin müdafiəsinə hazır olduqlarını bildiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev onların sağlamlıq durumu, məişət problemləri, ailələrinin qayğıları ilə maraqlanmış, qaldırdıqları məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar vermişdir. Vətən Müharibəsinin iştirakçılarına göstərilən dövlət qayğısı haqqında ətraflı məlumat verən rayon rəhbəri həmişə onların yanında olduğunu diqqətə çatdırmışdır.

Keçidlər