Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində iştirak edərək Şəhid olmuş hərbi qulluqçuların ailələri daim diqqət mərkəzindədir

27 aprel 2021 | 16:00

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev şəhid Paşayev Firdovsi Afiq oğlunun atasını qəbul etmişdir.

Qəbulda RİH başçısı bildirdi ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlıqlarını itirmiş insanlarımız cənab Prezidentin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminatla əhatə olunurlar. Gədəbəy rayonunda da bütün şəhid ailələrinin sosial qayğılarının həmişə diqqət mərkəzində saxlanıldığı, onları maraqlandıran məsələlərin həlli istiqamətində davamlı tədbirlərin həyata keçirildiyi qeyd olunmuşdur.

Sonra qəbulda şəhid atasının müraciəti dinlənilmiş və həlli istiqamətində müvafiq addımlar atılmışdır.

Qeyd edək ki, Vətən müharibədə qəhrəmanlıq göstərən şəhid Firdovsi Paşayev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyi üçün Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Keçidlər