Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonu İcra Hakimiyyəti Başçısı aparatında Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının (2011-2015-ci illər) həyata keçirilməsində sosial tərəfdaşların rolu mövzusunda dəyirmi masa keçirilmişdir.

07 may 2014 | 15:00

Gədəbəy rayonu İcra Hakimiyyəti Başçısı aparatında Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının (2011-2015-ci illər) həyata keçirilməsində sosial tərəfdaşların rolu mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüsal Musayev bildirdi ki, Gədəbəy rayonunda da məşğulluq strategiyasına uyğun olaraq “Ərazi Məşğulluq Proqramı” qəbul edilmiş, əhalinin məşğulluğunun təmin edilməsi və yeni iş yerlərinin yaradılması istiqamətində lazımı tədbirlər həyata keçirilmişdir. Daha sonra O, bildirdi ki, təşkilat rəhbərləri və sahibkarlar Məşğulluq Mərkəzi ilə sıx əməkdaşlıq etməli, boş iş yerləri haqqında məlumatları qanunvericiliyin tələblərinə uyğun şəkildə təqdim etməlidirlər. Sonra rayon Məşğulluq Mərkəzinin direktoru Namiq İsmayılov bu sahədə aparılan işlərdən, mövcud nöqsanlardan və qarşıda duran vəzifələrdən danışdı. DİİXİ Hİ –nin Gədəbəy rayon Komitəsinin sədri Ədalət Əmiraslanov, rayon ƏSMM-nin direktoru Məsud Məmmədov, rayon Təhsil şöbəsinin müdiri Baxış Nağıyev, Akademik Zərifə Əliyeva adına Mərkəzi rayon Xəstəxanasının baş həkimi Ramiz Pirverdiyev, Gənclər və İdman idarəsinin rəisi əvəzi Samir Vəliyev və digər dəyirmi masa iştirakçıları mövzu ətrafında çıxışlar etdilər.

Keçidlər