RİH başçısı Operativ Xidmət Mərkəzində vətəndaşların qəbulu prosesində iştirak etmişdir.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev Operativ Xidmət Mərkəzində vətəndaşların qəbulu prosesində iştirak etmişdir.
RİH başçısı İbrahim Mustafayev rayon sakinlərinin müraciətlərini dinləmiş, İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan müraciətlərin yerindəcə həll edilməsi barədə göstərişlər vermiş, digər məsələlər isə aidiyyatı orqanalara çatdırılması üçün qeydiyyata götürülmüşdür.
Sonda vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevə öz dərin minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Yerli İcra hakimiyyəti orqanlarında ilk dəfə olaraq Gədəbəy RİH tərəfindən göstərilən xidmətlərin sadələşdirilməsi (asanlaşdırılması) məqsədilə yaradılan Operativ Xidmət Mərkəzi (Yerli icra hakimiyyətinin “ASAN Xidmət” modeli) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli icra hakimiyyəti orqanlarına vətəndaşların müraciətlərinə operativ baxılması, onların qəbulu və dinlənilməsi prosesinin təkmilləşdirilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələri Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən fəaliyyət prioriteti kimi qəbul edilib. Proses dərindən öyrənilib, yerli spesifika diqqətlə araşdırılıb, bu sahədə mövcud olan beynəlxalq təcrübə mənimsənilib.